Polşa millisi Rusiya ilə oyundan imtina etdi

Polşa millisi Rusiya ilə oyundan imtina etdi
İDMAN
16:24 26.02.2022
389
Polşa yığması DÇ-2022-nin pley-offunda Rusiya ilə oynamaqdan imtina edib.

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, bunu Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa deyib.

Öncə qarşılaşmanın Rusiyadan kənarda keçirilməsini tələb edən polşalılar indi də ümumiyyətlə qarşılaşmaların baş tutmamasını istəyir: "Bəsdir söz dedik, əmələ keçmək zamanıdır. Polşa yığması pley-offda Rusiya ilə oynamaq niyyətində deyil. Bu, yeganə düzgün qərardır. Biz İsveç və Çexiya federasiyaları ilə danışıqlar aparırıq ki, FİFA-ya ümumi mövqeyimizi təqdim edək".

Qeyd edək ki, Rusiya - Polşa və İsveç - Çexiya oyunlarının qalibləri arasında matçda Qətər-2022-yə vəsiqənin sahibi bəlli olmalıdır.
OXŞAR XƏBƏRLƏR