04:47 Bazar Ertəsi, 26 Avqust 2019
GƏNCLİK

Polşada təhsil almaq istəyən tələbələr üçün ciddi problem - Diplomlar tanınmaya bilər

18:43, 17.07.20193863
Polşada təhsil almaq istəyən tələbələr üçün ciddi problem - Diplomlar tanınmaya bilər
Polşada təhsil alan azərbaycanlı gənclərinin sayının artması yeni qaydaların ortaya çıxmasına səbəb olub. 
 
AZXEBER.COM xəbər verir ki, bu barədə  "Centrum Polskie "şirkətinin rəhbəri Cavid Zeynalov sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, son illər artan tələbə sayından sonra Polşada fəaliyyət göstərən universitetlərin tədris keyfiyyətində ciddi azalma müşahidə olunur. O, Polşaya gələn və təhsil almaq istəyən gənclərin başqa ölkədə təhsil almalarını məsləhət görüb: "Bu ildən etibarən "Centrum Polskie "şirkəti UFM (University of Finance and Management), Vstijo, Vistula və bir çox ali təhsil ocaqlarına qəbulları dayandırırıq. Buna səbəb universitetlərdə olan tədris keyfiyyətinin aşağı olması və ən önəmlisi isə diplomlarla bağlı məsələdir. Belə ki, son məlumata görə, bəzi universitetlərin diplomları Təhsil Nazirliyi tərəfindən tanınmaya bilər. Buna görə, biz də belə bir addım atmaq qərarına gəldik". 

 

 


XƏBƏR LENTİ