Fransalı ralli motosikletçisi Uqo Payen özünə yeni sponsor tapıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ralli iştirakçısı dünyanın ən tanınmış pornostudiyalarından biri olan “Marc Dorcel”ə müraciət edib.Pornoşirkət isə fransalı motosikletçinin sponsoru olmağa razılaşıb. Belə ki, bundan sonra onun “Yamaha № 69” motosikletinin üzərində tanınmış fransalı pornoulduz Kler Kastelin şəkli olacaq.Pornoulduz özü isə artıq Çilidə, Peruda və Argentinada keçirilən rallilərdə iştirak edib. Artıq mətbuat Kler Kasteli “Miss Dakar-2013” adlandırıb.