Sosial şəbəkələrdə nə səni qıcıqlandırır?
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bu sualla "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) müğənni Nadir Qafarzadəyə müraciət edib.
Müğənni sosial şəbəkələri bir çox dəyərlərimizi itirməkdə ittiham edib:
"Sosial şəbəkələr hər şeyi ucuzlaşdırdı - İnsanları ucuzlaşdırdı, müğənniləri ucuzlaşdırdı. Üzr istəyirəm, pozğun insanları çıxartmaqla yaxşı qadın, yaxşı kişi, yaxşı oğlan adını ucuzlaşdırdılar. Ona görə də sosial şəbəkələr təki olmayaydı".