İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Cek Qriliş digər Premyer Liqa təmsilçisi "Everton"a transfer ola bilər.
29 yaşlı yarımmüdafiəçi ötən ay komandasında əsas heyətdən kənarda qaldığı üçün Liverpul kollektivinə icarəyə getməyə razıdır.
Hələlik tərəflər arasında razılıq əldə olunmasa da, keçidin baş tutacağı istisna edilmir.
Qeyd edək ki, Cek Qriliş ötən mövsüm "Mançester Siti"nin heyətində Premyer Liqada cəmi 7 oyuna çıxıb. Onun "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
///report