Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib

Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib
İDMAN
21:59 16.08.2025
230
Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, günün ikinci matçında "Neftçi” "Şamaxı”nı qəbul edib.

"Neftçi Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb. Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, günün ilk matçında "Turan-Tovuz” "İmişli”ni bir cavabsız qolla üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR