Premyer liqada son gün

İDMAN
15:31 12.05.2012
1443
Bu gün Premyer Liqada final fiti səslənəcək və 2011-2012 mövsümü başa çatacaq. Fanat.az xəbər verir ki, 9 aylıq marafonun son günündə ikinci “altılıq” komandaları meydana çıxacaq.Bu günkü oyunlardan sonra 7, 9 və 11-ci yerlərin sahibləri müəyyənləşəcək. 7-ci yer uğurunda AZAL və “Rəvan”, 9-cu yer uğrunda “Kəpəz” və “Simurq”, 11-ci yer uğrunda isə “Turan”la “Sumqayıt” mübarizə aparır.Oyunlardan biri “Dalğa Arena”da keçiriləcək və “Rəvan” “Sumqayıt”ı qəbul edəcək. Digər bir qarşılaşma “AZAL Arena”da AZAL-la “Turan” arasında oynanılacaq. Sonuncu qarşılaşma isə Gəncədə keçiriləcək və “Kəpəz” “Simurq”u qəbul edəcək. Bütün matçlar saat 17.30-da başlayacaq.Premyer LiqaFinal MərhələsiXXXII tur12 mayRəvan – Sumqayıt“Dalğa Arena”. Saat 17.30.AZAL – Turan“AZAL Arena”. Saat 17.30.Kəpəz – Simurq

OXŞAR XƏBƏRLƏR