Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev narkobiznes təhlükəsindən danışdı

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev narkobiznes təhlükəsindən danışdı
SİYASƏT
14:59 23.06.2014
1319

İyunun 19-20-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşü keçirilib.

 AZXEBER.COM AzerTac-a istinadən xəbər verir ki, 61 ölkənin nümayəndələrinin iştirak etdiyi görüşün açılışında Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, həmçinin Rusiya Federasiyası Prezidentinin Povoljye federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç çıxış ediblər

Görüşdə əsas müzakirə mövzuları narkotiklərin doğurduğu qlobal təhlükə ilə mübarizə və transmilli cinayətkar qruplar tərəfindən qeyri-qanuni miqrasiyadan istifadənin qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlıq olub. 

Azərbaycan Respublikasının nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev başçılıq edib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda qlobal səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsindəki yeni təhlükəli meyillər qeyd olunub. Xüsusilə vurğulanıb ki, hərbi münaqişə zonalarında və “boz zonalar” adlanan – milli və beynəlxalq nəzarətin həyata keçirilmədiyi ərazilərdə narkotik istehsalının genişləndirilməsi narkobiznesin və beynəlxalq terrorçuluğun çiçəklənməsi üçün əlavə əlverişli şərait yaradır. 

Qeyd olunub ki, belə “boz zonalar”dan biri Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində və ona bitişik yeddi rayonda yaranıb. Bunun nəticəsində Azərbaycan ilə İran arasındakı dövlət sərhədinin Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik sahəsi vasitəsilə Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə güclü narkotik axını həyata keçirilir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Baş nazir İldar Xalikov,Tatarıstan Respublikası Prezidenti Aparatının rəhbəri Asqat Səfərov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyevlə ikitərəfli görüşlər keçiriblər. 

Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşdə Azərbaycan ilə Tatarıstan Respublikası arasında sıx dostluq münasibətlərinin olduğu vurğulanmışdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidentinin ölkəmizə səfərlə bağlı dəvətini Prezident Minnixanova təqdim edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda