Prezident: "Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”

Prezident: "Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”
İQTİSADİYYAT
17:00 06.01.2021
793
"Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

"Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”, - deyə Prezident əlavə edib.

OXŞAR XƏBƏRLƏR