Prezident baş nazirin bəyanatını təhlükəli adlandırdı - VİDEO
DÜNYA
13:02 18.01.2013
1528
Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin Abxaziyadan keçən dəmir yolunun bərpası ehtimalına dair bəyanatını təhlükəli adlandırıb. Gürcüstan mətbuatının verdiyi məlumata görə, Saakaşvili bildirib ki, bu bəyanat geosiyasi və geostrateji maraqları nəzərdə tutmur.Abxaziyadan keçən dəmir yolunun bərpasının ilk növbədə Rusiyanın maraqlarına xidmət etdiyini deyən prezident qeyd edib ki, bununla Moskva faktiki olaraq Abxaziyanın işğalını qanuniləşdirmək istəyir.Xatırladaq ki, Bidzina İvanişvili ötən gün Ermənistana səfəri zamanı bəyan etmişdi ki, Gürcüstan Abxaziya-Ermənistan dəmiryolunun bərpası ilə bağlı əlindən gələni edəcək. Rəsmi Tiflis Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün səylərini davam etdirir.