ABŞ prezidenti Barak Obama demokratiyanı bütün dünyada inkişaf etdirmək üçün əlindən gələni edəcəyinə söz verib. “Biz demokratik dəyərləri Asiyadan Afrikayadək, Amerika qitəsindən Yaxın Şərqədək inkişaf etdirməliyik”, - Amerika prezident andiçmə mərasimindəki çıxışında deyib.Barak Obama bildirib ki, ABŞ ordusu öz ölkəsini qorumağa hazır olmalıdır. Eyni zamanda, o əlavə edib ki, digər millətlərlə problemləri dinc yolla həll etməyə səy göstərmək lazımdır: “Dünyada heç kim sülhdə bizim - planetin ən güclü ölkəsi qədər maraqlı deyil”.Barak Obama vəd edib ki, ölkəsi xaricdəki böhranlara müdaxilə etmək üçün bütün dünyada güclü müttəfiq axtarışlarını davam etdirəcək.Müharicər problemlərinə toxunan ABŞ prezidenti ümid etdiyini bildirib ki, Amerikaya fayda verməyə qadir olan əcnəbilər bu ölkədə yaşamaq və işləmək imkanı qazanacaqlar.Andiçmə mərasimindən sonra Kapitolidə təntənəli nahar verilib. Nahara 200-ə yaxın qonaq dəvət edilib. Menyuda omar (iri dəniz xərçəngi), zubr qrili və alma piroqu olub.