Prezident İlham Əliyev MTN-nin bir qrup əməkdaşını təltif etdi - SİYAHI

Prezident İlham Əliyev MTN-nin bir qrup əməkdaşını təltif etdi -  SİYAHI
00:06 28.03.2013
2288

Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə, xidməti vəzifələrinin icrası zamanı peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarının təltif edilməsi nəzərdə tutulur: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə: Ələsgərov Vəli Məmiş oğlu - general-mayor Məmmədov Tarverdi Məmməd oğlu - polkovnik Mirvətova Natəvan Mürsəl qızı - general-mayor “Vətən uğrunda” medalı ilə: Cəfərov İsrafil Məmməd oğlu - kapitan Əliyev Ruzi Əli oğlu - polkovnik-leytenant Qəhrəmanov Elmar Elman oğlu - kapitan Manafov Aydın Manaf oğlu - polkovnik Rzayev Elçin Daxil oğlu - baş leytenant Yusifov Bəhman Nəriman oğlu - polkovnik-leytenant “İgidliyə görə” medalı ilə: Əliyev Ramin İmran oğlu - mayor Əliyev Vüqar Surxay oğlu - ədliyyə polkovnik- leytenantı Orucəliyev Elnur Akif oğlu - mayor Pənahov İsgəndər Ağasəf oğlu - mayor Verdiyev Kəyan Məhərrəm oğlu - kapitan “Hərbi xidmətlərə görə” medalı ilə: İsmayılov Zaur Ramiz oğlu - mayor Mustafabəyova Rənaxanım Ənvər qızı - mayor Salahov Fərman Çingiz oğlu - mayor Seyidov Rəşad Mirfəddin oğlu - mayor Vəliyev Pərviz Şamir oğlu - polkovnik Yusifov Azad Qəzənfər oğlu - kiçik leytenant Zeynalov Oqtay Əbdül oğlu - polkovnik. Prezidentin digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin aşağadakı əməkdaşlarına ali hərbi rütbələr verilib: general-mayor ali hərbi rütbəsi: Əliyev Elçin Ərsalan oğlu - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini Səfərov Pərviz İnqlab oğlu - Təhqiqatlar Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru ali hərbi rütbəsi: Yaqubov Məzahir Şahbala oğlu - Hərbi-tibb Baş İdarəsinin rəisi.

OXŞAR XƏBƏRLƏR