Prezident İlham Əliyev qadınları sosial şəbəkədə təbrik etdi

Prezident İlham Əliyev qadınları sosial şəbəkədə təbrik etdi
09:38 08.03.2013
1205
“Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır”. Bu sözləri, ölkə qadınlarını 8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik edən Azərbaycan respulikasının prezidenti İlham Əliyev “İlham Əliyev [email protected]/* */ ünvanındakı şəxsi “twitter” səhifəsində yazıb. Ölkə rəhbəri qadınların keçmişimizə parlaq səhifələr yazdığını qeyd edib.“Hörmətli xanımlar! Əziz analar və bacılar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Bayramınız mübarək olsun!”
OXŞAR XƏBƏRLƏR