Prezident İlham Əliyev Qəbələyə səfər etdi

Prezident İlham Əliyev Qəbələyə səfər etdi
MARAQLI
11:52 18.11.2011
1408

Prezident İlham Əliyev noyabrın 17-də Qəbələ rayonuna səfər edib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Azərbaycanın dövlət başçısı Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbinin açılışında iştirak edib, məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Məktəbin 1930-cu ildə tikilmiş əvvəlki binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Təhsil ocağının yeni binasının tikintisinə bu ilin aprelində başlanılıb. Bunun üçün ayrılmış bir hektar ərazidə qısa müddətdə müasir standartlara cavab verən məktəb binası inşa olunub. Dördmərtəbəli təhsil ocağının foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Qeyd edilib ki, məktəbin 20 sinif otağında, iki laboratoriyasında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılıb. Sinif otaqları müasir avadanlıq və ləvazimatla təmin olunub. Prezident İlham Əliyev sinif otaqlarında yaradılan şəraitlə tanış olub. İnformatika otağı tam kompyuterləşdirilmiş, sürətli internetlə təmin olunub. Məktəbin ikinci mərtəbəsindəki kitabxanada beş mindən artıq ədəbiyyat toplanıb. Təhsil ocağının həyətində futbol meydançası da yaradılıb, abadlıq işləri görülüb, yaşıllıqlar salınıb. Dövlətimizin başçısı məktəbin açılışı münasibətilə kollektivi təbrik edib, uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
18:13 10.05.2025
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
17:44 10.05.2025
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
17:25 10.05.2025
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər