09:22 çərşənbə Axşamı, 13 Noyabr 2018
SİYASƏT

Prezident Nazim İbrahimovu işdən çıxardı - Yerinə Fuad Muradov gətirildi

19:24, 23.04.201810334
Prezident Nazim İbrahimovu işdən çıxardı - Yerinə Fuad Muradov gətirildi

Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib.

Bu vəzifəyə Milli Məclisin Gənclər Komitəsinin sədri Fuad Muradov təyin edilib.

Məlumat üçün bildirək ki, Komitə yarandığı gündən bəri ona sədrliyi Nazim İbrahimov edib. 

 

Qeyd edək ki, Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2011-ci ildən "Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın layihəsini hazırlayan işçi qrupunun üzvüdür.

Evlidir, 2 övladı var.

XƏBƏR LENTİ