Prezident vergidə nələri dəyişdi? - “Marketlərin ən böyük dərdi həllini tapdı”

Prezident vergidə nələri dəyişdi? - “Marketlərin ən böyük dərdi həllini tapdı”
İQTİSADİYYAT
01:12 05.08.2016
2042

Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bu ilin sonunadək vergi sahəsində baş verəcək bir sıra mühüm yeniliklər əksini tapıb.

AZXEBER.COM” Fins.az-a istinadən iqtisadçı-ekspert Rəşad Əliyevin baş verən yeniliklərlə bağlı şərhini təqdim edir:

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə əsas dəyişikliklər:

1. pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergi ticarət əlavəsindən (qiymət əlavəsi) tutulacaq. Məsələn: supermarket, 70 qəpiyə alır 80 qəpiyə satır. ƏDV fərqdən, yəni 10 qəpikdən tutulacaq (10 qəpik/1.18*18%=1.5 qəpik). Supermarketlərin ən böyük dərdi həllini tapdı.

2. topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi (P.S. ola bilsin vergiqoymalarında fərq olacaq, əks təqdirdə bu nəyə lazım);

3. Tax free sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması;

4. Beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi. Qey edim ki, ƏDV sahəsində bir çox məsələlər 1-də yazdığımda öz həllini tapıb. Ola bilər bu yeniliklər ərzağa da tətbiq edilsin;

5. Kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra ancaq 30 gün müddətində aparıla bilər. Çox böyük irəliləyiş adlandırmaq olar.

6. Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi. Bu o deməkdir ki, malların yüklənməsi və göndərilməsi artıq elektron sistemdə öz əksini tapacaq. Əvvəl vergi orqanı daxil olan pulları banklar vasitəsilə izləyə bilirdilər. Bundan sonra onlar malın hərəkatına da nəzarət əldə edəcəklər. İstənilən halda bu müsbət haldır, şəffaf işləyən şirkət üçün sərfəlidir. Həm də bu elektron audit üçün vacibdir.

7. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsi. Ən ağrılı məsələdir. Qanunvericilikdə problemlər var, məsələn kənd təsərrüfatı mallarını hərdən sənaye mallarını ayırd etmək olmur. Birincilər üzrə güzəşt var (kt malları üzrə), ikincilər üzrə isə yox".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı