22:43 Cümə Axşamı, 23 May 2019
SOSİAL

Prezidentdən çörəklə bağlı VACİB QƏRAR

17:28, 18.04.201915752
Prezidentdən çörəklə bağlı VACİB QƏRAR
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

AZXEBER.COM xəbər verir ki, bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.
XƏBƏR LENTİ