14:50 çərşənbə Axşamı, 17 Sentyabr 2019
SOSİAL

Prezidentdən təhsil müəssisələri ilə bağlı - Mühüm sərəncam

12:32, 11.06.20195877
Prezidentdən təhsil müəssisələri ilə bağlı - Mühüm sərəncam
Prezident İlham Əliyev təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, Təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Təhsil Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
XƏBƏR LENTİ