“Prezidentə çox əsəbləşmişdim, hətta danışa bilmirdim...

“Prezidentə çox əsəbləşmişdim, hətta danışa bilmirdim...
MARAQLI
00:35 17.11.2011
1515

Mixail Saakaşvili Cənubi Osetiyadakı müharibəyə başlamaq üçün Rusiyanın təxribatına yol açıb. Gürcüstan mətbuatının yazdığına görə, belə bir bəyanatla ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays çıxış edib. "No Higher Honor: A Memoir of My Years in Washington” adlı kitabında rus-gürcü müharibəsi haqda xatirələrini bölüşən amerikalı diplomat deyib ki, 2008-ci ilin yayından o bir tərəfdən impulsiv Saakaşvilini, digər tərəfdən isə ABŞ administrasiyasının emosional əməkdaşlarını sakitləşdirməyə çalışırdı. “Saakaşvili məğrur və emosional adamdır, biz hamımız qorxurduq ki, o, Moskvaya müharibəyə başlamaq üçün fürsət yarada bilər. Dəfələrlə ona demişəm ki, gücün tətbiq olunmaması haqda sazişi imzalasın. Lakin Saakşavili bu təkliflərimi rədd edirdi. Bir dəfə dedim ki, cənab prezident nə istəyirsiz edin, amma Rusiyanın sizi təxribata çəkməyinə imkan verməyin. Yadınıza salın ki, prezident Corc Buş sizə demişdi ki, Moskva sizi hansısa səhv addıma təhrik edir. Rusiyanın hərbi gücü ilə qarşıdurmaya meyl etməyin, heç kim sizin imdadınıza çatmayacaq və siz uduzacaqsız”, - deyə o vurğulayıb. Rays həmçinin münaqişə zamanı Tiflisə etdiyi səfəri barədə yazıb. İnadkar, emosional və yorğun Saakaşviliyə görə narahat olduğunu deyən ABŞ-ın sabiq dövlət katibi Gürcüstan prezidentindən mətbuat konfransında avropalılara və amerikalılara təşəkkür etməyi xahiş edib. Lakin bunun əvəzində Saakaşvili rusları vəhşi adlandıraraq, tankları geri çəkməyə çağırıb: “Saakaşviliyə çox əsəbləşmişdim, hətta danışa bilmirdim. Bir müddət sonra Brüsseldə NATO XİN başçılarının toplantısı keçirildi. Bəzilərin Saakaşvilinin hərəkətlərinə müsbət yanaşdığını gördüm və bu, məni təəcübləndirdi. Lakin sonra bir neçə nazir dedi ki, Saakaşvili öz addımları ilə göstərdi ki, Gürcüstana NATO-ya üzvlüklə bağlı fəaliyyət planı (MAP) niyə təqdim olunmadı”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib