Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən Samir Sanıyev və digərlərinin məhkəmə prosesi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən 26 nəfərlik dəstəninrəhbəri Samir Sanıyev və iki nəfər ömürlük, digərləri isə 15 ildən 9 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.İttihama görə, ötən ilin may ayında musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi antiterror əməliyyatı nəticəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib.Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ötən ilin aprel ayının əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox qaldığı “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayrağı Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.