Prezidentin ayırdığı 6 milyon hara xərclənəcək? - Nazir açıqladı

Prezidentin ayırdığı 6 milyon hara xərclənəcək? -  Nazir açıqladı
SOSİAL
15:40 08.04.2016
1737
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 mln. manat ayrılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamının detallarını açıqlayıb.
Nazir açıqlamasında qeyd edib ki, bir il bundan öncə ünvanlı sosial yardımın verilməsinin müddəti 1 ildən 2 ilə qaldırılıb:
“Bu, o deməkdir ki, hətta bu gün hər hansı bir ünvanlı sosial yardım təyin olunmasa belə, bu gün bazarda ola 120 mindən artıq ailə ən azı bir il ərzində ünvanlı sosial yardım almaqda davam edəcək.
Bu müddət ərzində həmin ailələrin əməkqabiliyyətli üzvlərinin aktiv əmək bazarına cəlb olunması üçün proqramların tətbiqi istiqamətində işlər həyata keçirilməlidir.
Ötən il nazirlik Beynəlxalq Əmək Təşkilatının xətti ilə Göyçayda bir pilot layihə, Şamaxıda isə Türkiyənin İTECA təşkilatı ilə bir pilot layihə reallaşdırıb. Göyçaydakı layihədə 21 əlil ailə, Şamaxıdakı layihədə 11 ailə iştirak edib.
Onlar iki aylıq tədrisdən sonra özlərinin kiçik biznes planlarını tərtib ediblər və müxtəlif istiqamətlər üzrə ailə biznes təsərrüfatlarını yaradıblar. Onlar heyvandarlıqla, kiçik istilikxanalar təşkil etməklə, kompüter kursları açmaqla, arıçılıqla və sair işlərlə məşğul olmaq istəyənlər var idi.
32 ailənin hər birində bu layihə özünü doğruldub. Ölkə başçısı həmin 6 milyon manatı bunun üçün ayırıb ki, 68 rayonda aztəminatlı ailəyə öz bizneslərini qurmağa yardım edək. Hər rayondan təqribən 20 ailə seçiləcək və bu ailələrin hər birinə təxminən 4 000 manat həcmində kiçik bir biznes qurmağa imkanların yaradılması məsələsinə baxılacaq.
Bu işdə bizə Beynəlxalq Əmək Təşkilatı ciddi yardım göstərəcək. Artıq təşkilatla danışıqlar aparılıb. Təşkilatın trenerləri ailələrə dərs keçməyə hazırdır.
Onların əmək haqlarını da təşkilat özü verəcək. Təşkilat Azərbaycanda təqribən 136 treneri formalaşdırmalıdır. Sonra həmin 136 nəfər 68 rayonun hər birində 20 ailəni seçib öyrədəcək”.
Ailələrin seçilməsinə gəlincə, nazir qeyd edib ki, ilk növbədə ünvanlı sosial yardım alan ailələr seçiləcək:
“Ünvanlı sosial yardım alan ailələrin 45%-nin tərkibində o ailələrdir ki, valideynlərdən biri yoxdur. Onlar bu prosesə cəlb olunmayacaq və ailə müavinəti almağa davam edəcəklər. O cümlədən 18 yaşdan aşağı əlil uşaqları olan ailələrə də müavinətlərin verilməsi davam etdiriləcək.
Əmək pensiyaları almaq hüququ olmayan insanlara da ailə müavinətlərinin ödənilməsi davam etdiriləcək. Bundan başqa, övladlarının sayı dörddən çox olan ailələrə də ailə müavinətinin verilməsi davam etdiriləcək.
Qalan hissəyə nəzərə salsaq görərik ki, elə ailələr var ki, hər birində ən azı iki nəfər əməkqabiliyyətlidir. Onların öz kiçik təsərrüfatını yaradıb, ailə üzvlərinin maddi təminatını təmin etmək imkanları var”. (Apa)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq