Prezidentin qardaşı qızı da siyasətçi oldu- FOTOLAR

DÜNYA
09:50 22.09.2012
2580
25 yaşlı Vera Putina Sankt Peterburq parlamentinə seçilib
Təxminən 12 ildən çoxdur ki, Rusiyanı idarə edən Vladimir Putin ailə üzvlərinin siyasi arenaya girməsinə imkan verməməsiylə diqqət çəkirdi. Lakin artıq bu ənənəyə son qoyulduğu ortaya çıxıb. Putinin 25 yaşlı qardaşı qızı Vera Putina Rusiya siyasi səhnəsinə ən alt pillələrində aktiv fəaliyyətə girişib. Vera Putina Sankt Peterburq şəhəri parlamentinə millət vəkili seçilərək siyasi arenaya ilk addımını atıb.Rusiya siyasi səhnəsinə qatılan Vera mətbuatın diqqətindən yayınmayıb. “Moskovski Novosti” qəzeti Veradan açıqlama alıb. 25 yaşlı qızın siyasətə atılması üçün erkən olub-olmadığıyla bağlı suala cavabında Vera Putina ikibaşlı cavabı ilə diqqət çəkib. O, bir tərəfdən 25 illik həyat təcrübəsi olan bir insanın siyasətə qatılmasının erkən olduğunu, digər tərəfdən isə gənc olduğu üçün gənclərin problemlərini 40 yaşlı peşəkar siyasətçilərdən daha yaxşı anladığını söyləyib. Vera Rusiya siyasətinə özü kimi gənclərin də qatılmasının lazım olduğunu deyib.Putinin qardaşı qızı olduğu üçün bütün qapıların üzünə açılması iddialarını dəyərləndirən Vera daşıdığı soyadın müəyyən üstünlüklər yaratdığını etiraf edib. Vera Rusiya prezidenti olan əmisinin fikirləriylə razı olub-olmadığı barədə suala cavabında “dövlət başçısı Putin qohumum olsa belə onunla bütün mövzularda həmfikir olmağım mümkün deyil. İnsanlar bir-birinin kopyası deyil”./azadliq.info/

OXŞAR XƏBƏRLƏR