Prokuror arvadını çəkiclə öldürməyə cəhd edən şəxsə cəza istədi

KRİMİNAL
19:37 06.04.2022
392
Prokuror Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 
///Report

OXŞAR XƏBƏRLƏR