Püşk atıldı, "Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi bilindi

Püşk atıldı, "Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi bilindi
İDMAN
14:48 21.07.2025
224

Bu gün İsveçrənin Nyon şəhərində  yerləşən UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

AZXEBER.COM Offsideplus.az-a istinadən xəbər verir ki, püşk nəticəsində Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.

Ağdam klubu ikinci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə görüşəcək.

Üçüncü təsnifat mərhələsinin oyunları 5-6 avqust və 12-13 avqustda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR