Putin: Aİ-nin siyasi elitaları ABŞ-da seçkilərə müdaxilə edərək Harrisə kömək edib

Putin: Aİ-nin siyasi elitaları ABŞ-da seçkilərə müdaxilə edərək Harrisə kömək edib
DÜNYA
18:59 19.12.2025
120
Avropa İttifaqının siyasi elitaları ABŞ-də keçirilən seçkilər zamanı Kamala Harrisə dəstək verib və seçki prosesinə müdaxilə ediblər, halbuki Rusiyanın bu prosesə heç bir müdaxiləsi olmayıb.

Bu ittihamı Rusiya Prezidenti Vladimir Putin ilin yekunları mövzusunda keçirilən mətbuat konfransında səsləndirib.

Putinin sözlərinə görə, hazırda Avropa siyasi dairələri 2026-cı ildə ABŞ-də keçiriləcək seçkilərdə demokratların qələbəsini gözləyirlər.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya düşmən kimi göstərilmir.
 
\apa
OXŞAR XƏBƏRLƏR