Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
DÜNYA
20:58 10.03.2026
72
Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Putin Rusiyanın münaqişənin tez bir zamanda deeskalasiyasının lehinə mövqeyini bir daha təsdiqləyib. Pezeşkian isə Moskvaya dəstəyinə və humanitar yardımına görə təşəkkür edib.

Qeyd edək ki, bu, Putinin İran prezidenti ilə bir həftə ərzində ikinci telefon danışığı olub.
OXŞAR XƏBƏRLƏR