Rusiya prezidenti Vladimir Putin hökumətin Ermənistanla danışıqların aparılmasına dair təklifi bəyənib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya hökuməti Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafına dair sazişin imzalanması üçün danışıqlar aparmaq niyyətindədir.Putinin imzaladığı sərəncama əsasən, Rusiya hökuməti Ermənistanla aparılacaq danışıqların yekununa dair müvafiq saziş imzalayacaq.