Qadın bu müğənniyə görə ərini öldürdü

MARAQLI
14:36 07.10.2013
1583

Kemerovo vilayətində məşhur müğənni Stas Mixaylova görə ərini öldürən qadın 6,5 il müddətinə həbs olunub.

AZXEBER.COM-UN “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb. İnsident 2013-cü ilin martında baş verib. 24 yaşlı qadın televizorda müğənni Stas Mixaylovun konsertinə baxırmış. Bu zaman onun həyat yoldaşı otağa girərək arvadını müğənniyə qısqanıb, onu hədələməyə və Stas Mixaylovu təhqir etməyə başlayıb. Mübahisə nəticəsində qadın ərinə bir neçə bıçaq zərbəsi endirib. “Qadının ağlı başında olub və cinayəti hirsli vəziyyətdə törətməyib”, - deyə prokurorluqdan bildiriblər.

OXŞAR XƏBƏRLƏR