Qadın karateçimiz yarımfinala yüksəldi

Qadın karateçimiz yarımfinala yüksəldi
İDMAN
16:34 29.06.2019
10468

İyunun 29-da "Minsk 2019” ikinci Avropa Oyunlarında Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) kumite yarışlarının yarımfinalına

Qrup mərhələsində keçirdiyi üç görüşün ikisini qələbə, birini isə heç-heçə başa vuran idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.

"Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan İrina Zaretska cari ildə Karate 1 Premyer Liqa turnirində ikinci, ötən il dünya çempionatında isə birinci yeri tutub.

Qeyd edək ki, bu gün Asiman Qurbanlı (84 kq) da kumite yarışlarında mübarizə aparacaq. Roman Heydərov (kata) isə bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorgunerlə qarşılaşacaq. 

 

qafqazinfo

OXŞAR XƏBƏRLƏR