Moskva vilayətinin Sergiyev Posad şəhərində yaşlı qadın intihar edib.
Gün.Az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, 73 yaşlı qadın özünü 13-cü mərtəbədəki evinin balkonundan atıb.
İlkin istintaq məlumatlarına əsasən, ruhi-nevroloji dispanserdə qeydiyyatda olan qadını bu addımı atmağa son günlər mətbuatda haqqında çox danışılan 21 dekabr – dünyanın sonu barədə söz-söhbətlər sövq edib.
“Express” qəzetinin məlumatına əsasən, intihar hadisəsi səhərə yaxın Krasnaya Armiya prospektində baş verib. Qadın balkondan atlamağa qərar verən zaman evdə tək olub. Nəşrin yazdığına görə, təqaüdçü nənə ölməzdən qabaq bu məzmunda məktub da yazıb: “29 proqramından qurtulmaq lazımdır. Bir daş altda, bir daş üstdə... Mənim yoxluğumu heç kim hiss etməyəcək”.
Şahidlərin dediyinə görə, yaşlı qadın 21 dekabra bir ay əvvəldən hazırlaşırmış. Qonşular onun bütün günü dünyanın sonu barədə danışdığını, hər kəsdən dünyanın sonuna hazırlaşıb-hazırlaşmadıqlarını xəbər alırmış.
İstintaq davam edir.