AZXEBER.COM-un verdiyi məlumata görə, restoranın qadın tualetində gizli kamera aşkarlanıb.
Belə ki, bir qadın buraya daxil olarkən divarda işıq yanıb-söndüyünü görüb və bunu ofisianta bildirib. Ofisiant məsələni gizlətmək istədiyindən qadın polisə şikayət edib. Hadisə yerinə gələn polis gizli kameranı aşkar edib. Kameranın yaddaş kartı isə ofisiantda tapılıb. Ofisiant nəzarətə götürülüb.