13:41 çərşənbə Axşamı, 23 Oktyabr 2018
DÜNYA

Qadın uşağını zibilliyə atıb, qaçdı - Səbəb təəccübləndirir

12:15, 05.10.20182511
Qadın uşağını zibilliyə atıb, qaçdı - Səbəb təəccübləndirir
Zibillikdən yeni doğulmuş qız uşağı tapılıb.

Qadın uşağını qırmızı adyala bükərək zibilliyə atıb, sonra da nəsə olmamış kimi işə gedib.

Yoldan keçənlər uşaq səsini eşidib, onu zibillikdən çıxardıb polisə və ambulansa xəbər veriblər. Hələ ad qoyulmayan uşağın vəziyyəti normaldır.

Hadisə bu həftənin bazar ertəsi günü, Braziliyanın Uberaba vilayətində baş verib.

Hadisə ilə bağlı 25 yaşlı qadın saxlanılıb. Onu polisə iş yoldaşları şikayət ediblər. Belə ki, bir gecədə qarnının balacalaşmasından təəccüblənənlər iş yoldaşlarının uşağı doğub, atmasından şübhələniblər.

Qadın saxlanıldıqdan sonra məlum olub ki, xadimə işləyən qadın həm müdirindən, həm də işçilərindən hamilə olduğunu gizlədib. O, işdən çıxarılmasın deyə bunu edib və uşağı doğduqdan sonra zibilliyə atıb.

///Mill.az
XƏBƏR LENTİ