Qadını çılpaq şəkillərini yayacağı ilə hədələdilər, işə polis qarışdı

Qadını çılpaq şəkillərini yayacağı ilə hədələdilər, işə polis qarışdı
SOSİAL
12:56 28.04.2021
890
Qadını sosial şəbəkədə şəkillərini yayacağı ilə hədələyərək görüş tələb edən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR