Bir qrup qadın bu gün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı yolu bağlayıb.
AZXEBER.COM-un movqe.az-a istinadən xəbərinə görə, onların tələbi maliyyə məsələsi bağlıdır. Qadınlar Bakı Şəhər İcra Hakimiyyətindən onlara verilməli olan pul tələbi ilə yolu bağladıqlarını söyləyiblər.
Bakı Şəhər İcra Hakimiyyətinin qəbul şöbəsindən sayta bildirilib ki, həmin şəxslər qəbul edilib, onların problemləri dinlənilir.
“Qafqazinfo”
