Müğənni Rəqsanə İsmayılova konsert verməyə hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, bu haqda sənətçi "Günə uğurla" verilişində danışıb.
Rəqsanə son zamanlar qınanılan açıq-saçıq fotosessiyalarına da açıqlama gətirib:
"Mən böyük konsertlərə hazırlaşıram. O fotosessiyalar da həmin konsertlərin afişaları üçün hazırlanmışdı. Onlar mətbuata sızdırıldı. Mənim daha öncə də belə şəkillərim olub. İkinci qara donlu şəkillərim isə başıma bu hadisələr gəlməmişdən qabaq Moskvada çəkiilib. Sadəcə mən bəzi səbəblərə görə onları paylaşa bilməmişdim.
Bu bizim işimizdir, qınamaq lazım deyil. Ümumiyyətlə qadınların bir-birilərini incitməsini istəmirəm. Həyat fanidir. Kimsənin qəlbini qırmağa dəyməz. Mən heç kimin xətrinə dəymirəm. Başımıza nələr gələcək hələ bilinmir. Gəlin dost olaq, həmrəy olaq".
Aysel










































