Qadınları fahişəliyə cəlb edən Laçın sakini saxlanılıb

Qadınları fahişəliyə cəlb edən Laçın sakini saxlanılıb
KRİMİNAL
13:23 13.11.2013
2317

Laçın rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə Laçın rayon sakini Sənan Mehdiyevin gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi ilə bağlı məlumat daxil olub.

İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sənan Mehdiyev saxlanılıb. Məsələ ilə bağlı aparılan araşdırmalar zamanı daxil olan məlumatlar təsdiqini tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(TREND)

OXŞAR XƏBƏRLƏR