“Qadınların avtomobil sürməsi fahişəliyə yol açır”
MARAQLI
23:04 03.12.2011
3212
Səudiyyə Ərəbistanında Ali Dini Şurasının imzaladığı fətvaya görə, qadınların avtomobil idarə etməsi ölkədə fahişəliyə yol açır.Ali Dini Şura qadınlara avtomobil sürməyə icazə verilərsə on il ərzində ölkədə bakirə qalmayacağını, fahişəlik, porno, homoseksuallıq və boşanmaların sayının artacağını irəli sürüb.Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyada qadınların avtomobil sürməsinə qadağa qoyan yeganə ölkədir. Ölkə qanunlarında belə bir əngəl olmasa da dini liderlərin fətvaları bunu qadağa edir.