"Mançester Siti"nin dünya şöhrətli qapıçısı Ederson Morais "Fənərbaxça"ya təklif edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hələlik klub tərəfindən rəsmi təklif göndərilməsə də, potensial transfer xəbəri azarkeşləri sevindirib.
Məlumata görə, "Mançester Siti" Ederson üçün 15 milyon avroluq transfer tələb edir.
Ederson illik 10 milyon avro maaş və üç illik müqavilə istəyir.
Qeyd edək ki, bundan öncə "Qalatasaray" braziliyalı qapıçıya təklif göndərsə də, o, bunu rədd edib.
Mikayıl