“Qalatasaray” - “Fenerbahçe” derbisini stadiondan izləmək mümkün olacaq - 5 manata

“Qalatasaray” - “Fenerbahçe” derbisini stadiondan izləmək mümkün olacaq - 5 manata
İDMAN
17:13 25.09.2019
6413
Azərbaycanlı "Qalatasaray” azarkeşləri sentyabrın 28-də keçiriləcək "Qalatasaray” - "Fenerbahçe” derbisini Ask Arenada (Şəfa st) izləyəcəklər.
 
Bu haqda AZXEBER.COM-a "Ultraslan Azərbaycan” fan-klubunun üzvü Toğrul Səfərli məlumat verib.
 
Məlumata görə, həmin gün müxtəlif oyunlar keçiriləcək, qaliblərə mükafat veriləcək. Giriş ancaq "Qalatasaray" azarkeşləri üçündür və biletlədir. Biletin qiyməti 5 manatdır və 1905 bilet satışa çıxarılıb.
 
Biletləri oyun günü Ask Arena-dan, Ultraslan Azərbaycan facebook səhifəsindən və ya 051-902-54-81 nömrəsinə zəng edərək əldə etmək mümkündür. 

Qeyd edək ki, matç 28 sentyabr 21:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR