"Qalatasaray" Osimhenin zədəsi barədə açıqlama yayıb

"Qalatasaray" Osimhenin zədəsi barədə açıqlama yayıb
İDMAN
18:40 09.09.2025
304
"Qalatasaray"ın zədəli futbolçusu Viktor Osimhenin durumuna aydınlıq gəlib.

26 yaşlı oyunçunun topuq bağlarında orta dərəcəli dartılma (gərilmə və qanama) aşkarlanıb.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Nigeriya millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsinin Ruanda ilə görüşündə sıradan çıxmışdı.
 
\APA
OXŞAR XƏBƏRLƏR