“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı

“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
İDMAN
21:51 15.08.2025
219
"Qalatasaray" daha bir futbolçusunu komandada saxlamağı bacarıb.

AZXEBER.COM xəbər verir ki, klub Davinson Sançezlə razılığa gəlib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, tərəflər sözləşməni yeniləyiblər. Yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2023-cü ildə "Tottenhem"dən "Qalatasaray"a transfer olunub.
OXŞAR XƏBƏRLƏR