"Qalatasaray"ın futbolçusu əsgərliyə çağırıldı

"Qalatasaray"ın futbolçusu əsgərliyə çağırıldı
İDMAN
14:06 28.01.2021
594
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Kerem Aktürkoğlu hərbi xidmətə çağırılıb.

Çağırış son günə təsadüf etdiyindən, 23 yaşlı yarımmüdafiəçini əsgərlikdən saxlatdırmaq mümkün olmayıb.

Belədə ödənişli hərbi xidmət variantı da alınmadığından, klub rəhbərliyi Türkiyə Futbol Federasiyasına müraciət edəcək.

Problemin yoluna qoyulacağı gözlənilir.

Qeyd edək ki, Keram Aktürkoğlu "Qalatasaray"a ötən ilin sentyabrında aşağı liqa təmsilçisi "Erzincanspor"dan keçib.
 
///Report
OXŞAR XƏBƏRLƏR