23:48 Bazar Günü, 09 Dekabr 2018
DÜNYA

Qalmaqallı aparıcı ana olur: “Hər yerim deşik-deşikdir”

20:20, 12.07.20184033
Qalmaqallı aparıcı ana olur: “Hər yerim deşik-deşikdir”

May ayında Fransada getdikləri tətildə müğənni Yaşar İpəklə ilə evlənən  Seren Serenayın hamilə olduğu iddia edilib.

Serenin səhhəti ilə bağlı paylaşdığı status sözügedən xəbərlərin yayılmasına səbəb olub: "Dörd gündür ki, xəstəxanaya gedirəm. Hər tərəfimdən qan götürülüb. Bilirsiz, qan laxtalanmırdı. Ona görə övladımı itirirdim. Genetik test daxil olmaqla onlarla test etdirdim. Qolum, ayağım, boynum deşik-deşikdir. Yaman ağladım. İynədən qorxuram. İndi kefim yerindədir. Ailəmlə, dostlarımla sevincimi bölüşürəm. Allah sizə də belə sevinc bəxş eləsin".

Rəfiqəsi isə aparıcının statusuna "Xala oluram, xoşbəxtəm" rəyini yazıb.

Qeyd edək ki, Seren Serengil tez-tez məşhurlarla yaşadığı qalmaqallarla gündəmə gəlir.

musavat.com
XƏBƏR LENTİ