Qaluzin: “Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək zərərlidir”

Qaluzin: “Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək zərərlidir”
DÜNYA
18:55 30.12.2023
236
Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O xatırladıb ki, hərbi bazanın yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da imzalanıb: "Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir və bundan sonra saziş avtomatik olaraq 5 illik müddətə uzadılır”.

M.Qaluzinin sözlərinə görə, rusiyalı əsgər və zabitlər təkcə Ermənistanda deyil, həm də bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR