Yanvarın 13-də "qara bazar”da dolların satış qiymətləri bir qədər də bahalaşıb.
Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumata görə, səhər saatlarında dollar alışı 1,83 manat, satışı isə 1,86 manata yüksəlib.
Qeyd edək ki, yanvarın 12-də dolların alışı 1,82 manat təşkil edib. Ötən gün səhər saatlarında dollar 1,84 manata satılsa da, valyuta hərracından sonra 1,85 manata yüksəlmişdi.