Mövsümü çempion başa vuran "Qarabağ" üç futbolçusu ilə yollarını ayırıb.
AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Reynaldo Silva, İnnosent Emeqara və Yakub Jezniçakla başa çatan müqavilənin müddətini uzatmayıb.
Artıq Ağdam klubu "Facebook"dakı rəsmi səhifəsi vasitəsilə onlara təşəkkürünü bildirib.
Jezniçak 2017-ci ilin yayından Ağdam klubunda çıxış edirdi. Daha əvvəl də "Qarabağ"ın formasını geyinən İnnosent Emeqara ötən mövsümün əvvəlində, Reynaldo isə bu qış Azərbaycana qayıtmışdı.