"Qarabağ” -"Ferentsvaroş” - Saat neçədə, hansı telekanalda?

"Qarabağ” -"Ferentsvaroş” - Saat neçədə, hansı telekanalda?
İDMAN
12:23 27.08.2025
411
Xəbər verdiyimiz kimi, "Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində həlledici matça çıxacaq.

Ağdam klubu Bakıda Macarıstan təmsilçisi "Ferentsvaroş”u qəbul edəcək.
 
AZXEBER.COM xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq matç Azərbaycanda "CBC Sport" telekanalında canlı yayımlanacaq.
 
Qeyd edək ki, Macarıstanda baş tutan ilk görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnib
OXŞAR XƏBƏRLƏR