"Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılır

"Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılır
İDMAN
20:08 29.10.2021
345
Azərbaycan Premyer Liqasının IX turunda keçirilcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılır.

AZXEBER.COM Ağdam təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri oyun günü - oktyabrın 30-da satışda olacaq.

Qiymətlər müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir. Biletləri "Azersun Arena"dan və "Park Bulvar"ın 2-ci mərtəbəsində yerləşən "Qarabağ” klubunun fan-şopundan əldə etmək olar. Oyun günü azarkeşlər üçün qapılar matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR