"Qarabağ" "Neftçi"yə qalib gəldi - aralarında xal fərqi 8 oldu

"Qarabağ" "Neftçi"yə qalib gəldi - aralarında xal fərqi 8 oldu
İDMAN
22:47 15.09.2019
4101
Azərbaycan Premyer Liqasının IV turunun son oyunu keçirilir.

AZXEBER.COM-un məlumatına görə, bu dəqiqələrdə Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ” və "Neftçi” arasında matç başlayıb. 
 
"Qarabağ” – "Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov
 
21:00
 
Matçın 31-ci dəqiqəsində Mahir Emreli hesabı açıb.
 
22:46
 
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

AZXEBER.COM xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Keşlə" "Səbail"i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Turun mərkəzi qarşılaşmasında isə son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi" ilə qarşılaşıb. "Ağ-qaralar"ı "Tofiq Bəhramov"da qəbul edən Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. "Qarabağ" bu qələbə ilə xalını 12-ə çatdırıb və vahid liderliyini qoruyub. 
OXŞAR XƏBƏRLƏR