"Qarabağ" yeni transferini rəsmən açıqlayıb.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu ispan yarımmüdafiəçi Xayme Romeronun keçidi barədə rəsmi "Tvitter" və "Feysbuk" səhifəsində video yayımlayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.
O, yeni klubunda 9 nömrəli forma geyinəcək.
Qeyd edək ki, 28 yaşlı oyunçunun son klubu İspaniya Sequnda təmsilçisi "Kordoba" olub.